"Ölkə daxilində karantində olanların sayı artır”
    • 23-03-2020, 21:40
    • 657

"Ölkə daxilində karantində olanların sayı artır”

Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev xaricdə qalan Azərbaycan vətəndaşları haqda danışıb.

News24.az xəbər verir ki, H. Hacıyev qeyd edib ki, bu günə qədər 10 minə yaxın Azərbaycan vətəndaşı xaricdən təxliyyə olunub: “Bu kimi təxliyyə proseduru böyük işləri özündə ehtiva edir. Xüsusi reyslərin təşkil edilməsinə, uçuşlara icazənin alınmasına, gigiyena qaydalarının qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycan vətəndaşları nəzərə almalıdırlar ki, Azərbaycan hökumətindən asılı olmayan məsələlər də var. 

İlk növbədə, uşaqlar, xüsusi risk qrupuna daxil olan şəxslər evakuasiya olunacaq. Bu gün ölkədaxili karantində olanların sayı da genişlənir. Hazırda ölkə daxilində yayılma tendensiyası da var. Azərbaycan Respublikasının bütün diplomatik nümayəndəliklərinə müvafiq tapşırıqlar verilib.

Xaricdə olan nümayəndəliklər vətəndaşların qeydiyyatını aparır. Amma vətəndaşlarımız nəzərə almalıdırlar ki, olduqları ölkənin karantin rejimlərinə əməl etməlidirlər və təcrid şəraitdə qalmağa diqqət etməlidirlər. Dövlətimiz vətəndaşlarımızın yanındadır”.