Azərbaycan vətəndaşları Macarıstandan təxliyyə olunur
    • 18-03-2020, 20:55
    • 833

Azərbaycan vətəndaşları Macarıstandan təxliyyə olunur

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin təşəbbüsü ilə bu gün yerli vaxtla saat 20:00-da Azərbaycan Respublikası vətəndaşları çarter reyslə Macarıstandan təxliyyə ediləcək.

Azərbaycanın Macarıstandakı səfirliyindən News24.az-a verdiyi məlumata görə, bu məqsədlə Bakıdan Budapeştə 198 nəfərlik təyyarə göndərilib. 

Hazırda səfir başda olmaqla diplomatik korpusun bütün əməkdaşları Macarıstanda olan Azərbaycan vətəndaşlarının təxliyyə işlərini həyata keçirirlər. Onların hava limanına gətirilməsi təşkil edilir.
Emil Rəhimovun sözlərinə görə, reyslərin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən ödəniləcək.
//Baku.ws