"Az-Qranata” koronavirusla mübarizəyə  2 mln. manat AYIRDI
    • 24-03-2020, 13:22
    • 534

"Az-Qranata” koronavirusla mübarizəyə 2 mln. manat AYIRDI

Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq, "Az-Qranata” MMC  ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub.

News24.az-ın məlumatına görə, MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 000 000 manat vəsait ianə edib.