-
- 17-09-2018, 18:35
- 3 232
Bir məktəbdə 270 əlaçı? – “Bu ayıbdır və tərbiyəsizlikdir” – Açıqlama
Bakının Binəqədi rayonunda yerləşən məktəblərin birində çəkilmiş fotoşəkil ciddi müzakirələrə səbəb olub. Belə ki, məktəbin giriş qapısı önünə vurulan geniş “Şərəf lövhəsi” müzakirələrə səbəb olub.
Bizimyol.info xəbər verir ki, sözügedən “şərəf lövhəsi”ndə 270-dənm artıq şagirdin fotoşəklinin olması həmin məktəbin fəaliyyətini kölgə altına salıb və bəzi iddialara görə həmin lövhəyə övladının şəklini yerləşdirmək istəyən valdieyinlərdən 5 AZN məbləğində ödəniş də alınır.
Məsələ ilə bağlı danışan Kamran Əsədov qeyd edib ki, təhsilin keyfiyyətini deyil, cibini doldurmaq istəyən şəxslərin təhsil sisteminə kölgə saldığını bildirib:
“Bu kimi məlumatlar zaman-zaman sosial şəbəkələrdə, saytlarda müzakirə mövzusu olub. Etiraf edək ki, ölkədə fəaliyyət göstərən 4472 orta təhsil məktəblərindən heç də hamısı obyektiv, şəffaf və qanunlar çərçivəsində fəaliyyət göstərmir. İçərisində xoşagəlməz ən-ənələri hələ də davam elətdirən məktəbələr var, baxmayaraq ki, Təhsil nazirliyi, Bakı Şəhər Təhsil idarəsi və regional təhsil şöbələri pul yığımına qarşı ciddi mübarizə aparır.
Təhsil sisteminə pul yığmaq üçün, gəlir mənbəyi kimi baxan o qədər insanlar var ki, onların məqsədləri təhsilin keyfiyyəti deyil, öz gəlirlərini artırmaq haqqında düşünürlər. Elə bir qayda yoxdur ki, orta ümumtəhsil məktəblərində təhsil alan bu qədər şagird şərəf lövhəsində olmalədır. Qaydalarda müəyyən olunur ki, orta təhsil məktəblərində təhsil alan şagirdlərə fərqlənmə attestatı verilə bilər, qızıl-gümüş medallarla təltif edilə bilərlər.
Orta məktəblərdə şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi zamanı ədalətlilik prinsipi pozulur. Bir çox hallarda ixtisas müəllimləri, sinif rəhbərləri direktorlar və direktor müavinlərinin istəyinə uyğun olaraq şagirdlərə yüksək qiymətlər yazırlar. Xatırlayırsınızsa hər il Dövlət İmtahan mərkəzi maraqlı statistika hazırlayır ki, nə qədər qızıl medal alan, fərqlənmə attestatı ilə məktəbi bitirənlərin neçəsi keçid balını toplaya bilmir.
Mənə məbləğ çox gülünc gəldi, 5 manat. Bu ayıbdır və tərbiyəsizlikdir. Yaxşı olardı ki, baxaq həmin məktəbin ali məktəbə qəbul statistikasına. Ola bilər ki, bir məktəbin min nəfər şagirdi olsun, amma gəlin görək bu reallığı əks etdirirmir? Orta məktəblərdə qanunsuz yollarla yüksək qiymət alan kifayət qədər şagirdlər var, adı məktəbdə gedib özü məktəbə getməyən şagirdlər var”.
Bəzi müəllimlər isə həmin 5 manat məbləğin direktora deyil, fotoqrafa çatdığını deyirlər…
Kamran Əsədov qeyd edib ki, sözügedən ittiham heç vaxt öz təsdiqini tapmayacaq. Onun sözlərinə görə saxta sənədlə məktəblərdə müəllim işləyənlər, diaqnostik qiymətləndirmədə az bal toplayanlar direktorların bu qanunsuz əməlinin müdafiəsinə qalxacaqlar:
“Təbii ki, bu ittiham heç vaxt öz təsdiqin tapmayacaq, çünki pul verən valideyn bunu etiraf etməyəcək, eləcə də saxta diplomla məktəblərdə çalışan, diaqnostik qiymətləndirmədə 3-5 bal toplayan müəllimlər bunu etiraf etməyəcək. Çünki onların direktorlardan asılacaqları var. Onlar da bunu müdafiə edəcəklər. Etiraf etməsələr də bizə Xırdalanda, Abşeronda yerləşən məktəblərdən məlumat gəlir ki, belə hadisələr orda baş verir.
Düz deyirlər, həmin direktor Həccə gedib, imamdı, dini məclislərdə başda oturur… Axı biz direktorların nə yığdığını, hardan yığdığını çox yaxşı bilirik! İnşallah ki, Təhsil nazirliyi bərbad nəticəsi olan müəllimləri ləğv edər və bu iyrəncliklər aradan qalxar. Çox təəssüf ki, müəllimlərimiz belə iyrənc işlərə otrtaq olurlar, ümid edək ki, onlar təhsilin keyfiyyətinin artmasına ortaq olarlar”.
Bizimyol.info