Tibbi maskalar gömrük vergisindən AZAD EDİLDİ
    • 25-03-2020, 12:38
    • 799

Tibbi maskalar gömrük vergisindən AZAD EDİLDİ

Türkiyədə koronavirusla mübarizə tədbirləri çərçivəsində tibbi maskalar da daxil ölkəyə gətiriləcək nəfəs cihazları gömrük vergisindən azad edilib.

News24.az xəbər verir ki, bu barədə məlumat "Resmi Gazete"də yer alıb. Bildiirlib ki, ozon terapiyası, oksigenoterapiya, aeroterapiya, süni tənəffüs və ya digər terapevtik inqalyasiya cihazları çərçivəsində havalandırıcıların, oksigen konsentratatorlarının və oxşar tənəffüs cihazlarının idxalı üçün əlavə 13 faiz gömrük rüsumunun tətbiqinə xitam verilib.

Digər bir qərarla isə birdəfəlik istifadə edilən tibbi maskalar da 20 faiz əlavə gömrük vergisi siyahısından xaric ediləcək.