-
- 18-09-2018, 12:50
- 3 764
Xırdalan şəhər 2 saylı orta məktəbində özbaşınalıq?
Bu gün News24.az-ın redaksiyasına daxil olan şikayətlərə əsasən, Xırdalan şəhər 2 saylı tam orta məktəbinin işçi heyəti özbaşınalıq edir. Belə ki, valideyinlərin iddiasına əsasən, övladlarını məktəbə gətirən zaman, məktəb rəhbərliyi tərəfindən onlardan özlərinin dediyi yerdən məktəbli forması almaq və çeki gətirib göstərmək tələb olunur. Əlavə olaraq, valideynlər dərs kitablarının pulla satılmasından da şikayətçi olduqlarını qeyd ediblər.
Şikayətləri nəzərə alaraq, Xırdalan şəhəri 2 saylı tam orta məktəblə əlaqə saxladıq və redaksiyamıza belə şikayətlər daxil olduğunu bildirdik. Zəngimizə cavab verən şəxs gözlədiyimiz kimi, məlumatı təkzib etdi. O, “belə bir hal olmadığını, vahid məktəbli formasının hardan alınmasınının fərq etmədiyini və dərs kitablarının pulla satılmadığını” bildirdi.
Məsələni araşdırmağa davam edəcəyik. İddiaçı valideynlərin fikirlərini işıqlandırmağa hazırıq.
Ağayeva Şəlalə