SON DƏQİQƏ: Paris-Azərbaycan Evinin prezidenti Mirvari Fataliyeva KORONAVİRUSA YOLUXDU - FOTO
    • 26-03-2020, 20:05
    • 2 958

SON DƏQİQƏ: Paris-Azərbaycan Evinin prezidenti Mirvari Fataliyeva KORONAVİRUSA YOLUXDU - FOTO

Paris-Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fataliyevanın koronavirusa yoluxduğu bildirilir.

News24.az xəbər verir ki, bunu tanınmış aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. N.Hüseynov M.Fətaliyevaya tezliklə sağalmağı diləyib: 
"Dəhşətli bir xəbər aldım: Paris-Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fataliyeva @mirvarifataliyeva #KORONAVİRUSA yoluxub ... Açığı, qulaqlarıma inanmadım ... Bəlkə də inanmaq istəmədim ... Axı o hər addımına fikir verən, hər şeyə həssas yanaşan insan idi ... Ona o qədər gözəl bələdəm ki ... Olduqca mehriban, səmimi insandır ... Misilsiz həyat yoldaşı, əvəzsiz anadır Mirvari ... Üstəlik, qəlbi vətən eşqi ilə döyünən əsl Azərbaycan qadınıdır ... Mirvari Fətəliyeva o insandır ki, Fransa senatında Azərbaycan həqiqətlərini hayqırıb, erməni vəhşiliyini ən xırda detalına kimi anladıb ... Buna görə başı nə qədər müsibətlər çəkdi ... bunu ən yaxın dostları, bir də ailəsi bildi ... O, mənəvi əziyyətlərə, təqib və təhqirlərə baxmayaraq, "Azərbaycan" deməkdən bir az belə yorulmadı ... Mənim əziz dostum Mirvari ... İnan, bu cümlələri göz yaşları içində yazıram ... Hətta lap dərindən düşünəndə belə qənaətə gəlirəm ki, bəlkə də bilərəkdən kimsə onu bu mənfur vurisa yoluxdurub ... Bir Vətən daşını məhv etmək, susdurmaq üçün ... Ürəyim qan ağlayır ... Allahdan sənə ancaq şəfa diləyirəm, əziz insan ... Tanrı köməyin olsun ... Və çox, çox təəssüf edirəm ki, bu məqamlarda sən Azərbaycanda deyildin ... Çünki Azərbaycan adlı bir şərq dövlətini bəlkə də güclü saymayan qoca Avropa bizdən çox şey öyrənməlidir ... Xalqı qorumağı, ona dəyər verməyi, dar gündə çevik davranmağı, ehtiyatı əldən verməməyi ... Təəssüf ... ALLAH SƏNƏ TEZLİKLƏ ŞƏFA VERSİN ... TEZ SAĞAL ... SƏN BİZƏ ÇOX LAZIMSAN ... ÇOX ..."