-
- 17-12-2019, 11:46
- 831
Reabilitasiya sahəsində çox ciddi infrastruktur yenilənməsi olacaq
"Reabilitasiya sahəsində çox ciddi infrastruktur yenilənməsinə hazırlaşırıq".
News24.az xəbər verir ki, bunu "Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. O bildirib ki, artıq cari il ərzində Yevlax, Naftalan, Mərdəkan Reabilitasiya Mərkəzləri tam şəkildə təmir olunaraq istifadəyə verilib:"Protez ortopedik İstehsalat sexi Almaniya texnologiyası əsasında yenidən qurulması işi artıq yekunlaşır.Bu həftə ərzində onun da açılışını edəcəyik. Gəncədə pensiyaçılar üçün xidmət ponsionatı və digər reabilitasiya mərkəzləri də bu il ərzində insanların istifadəsinə veriləcək".
Nazir onu da əlavə edib ki, ehtiyacı olan şəxslərə evlərində sosial işçilər tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı yeni model üzərində işləyir:" Tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanlara sosial işçilər tərəfindən evlərində xidmət göstərilir: "İl ərzində Nazirliyin 1000-ə yaxın sosial işçisi tərəfindən təxminən 10 min insana bu mexanizm vasitəsilə evlərində yardım edilib. Hazırda bu istiqamətə uyğun olaraq yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək".
Afaq Mirayiq