-
- 27-03-2020, 10:18
- 773
"Dezinfeksiya üçün sprey və gellərin də istehsalına başlanılıb"- Mikayıl Cabbarov
“Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq”.
Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, hazırda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyət göstərir. Çeşidlər olaraq 100, 250, 500 millilitr, 1 və 5 litr həcmində spirt istehsal edilir və respublikada bütün ehtiyacları ödəməyə imkan yaradır. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. /APA/