DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama -SAXTADIR
    • 27-03-2020, 20:42
    • 865

DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama -SAXTADIR

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan məktubla bağlı açıqlama yayıb.

News24.az-a daxil olan məlumatda bildirilir ki, məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb.

"Vətəndaşlarımızı bu məlumata inanmamağa çağırırıq. Bildiririk ki, bu dezinormasiyadır. Polis əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinin icrası ilə əlaqədar fəaliyyətini davam etdirir".