Boşanan cütlüyün it davası - Köpəklər kiminlə qalsın?
    • 18-09-2018, 16:30
    • 2 780

Boşanan cütlüyün it davası - Köpəklər kiminlə qalsın?

 İzmirdə  boşanma səbəbi ilə evindən uzaqlaşdırılan qadın, ərinin yanında qalan 4 ədəd doberman itlərini həftənin müəyyən günlərində görə bilmək üçün, məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, cütlük 3 il əvvəl ailə qurub. Aralarında tez-tez mübahisələr çıxan ər-arvad, boşanma qərarı verib.
 Məhkəmə boşanma ərəfəsində, qadına qarşı hər hansısa zorakılığın baş verməməsi üçün onu evdən uzaqlaşdırıb.

Qadın, bu dəfə balacalıqdan saxladığı və çox sevdiyi itlərini görə bilmək üçün məhkəməyə müraciət edib. O, ” İtlərimi çox sevirəm, mən onları doğulduqları gündən bu yana saxlayıram. İtlərin həftənin müəyyən günləri yanımda qalmaqlarını istəyirəm.” Məhkəmənin qərarı isə hələ də açıqlanmayıb.

Şəlalə Ağayeva