-
- 6-11-2019, 23:53
- 3 382
“Toyuq birinci yaranıb, yoxsa yumurta” sualına CAVAB TAPILDI
Britaniya alimləri uzun əsrlər boyu dünyanın ən ağıllı başlarını çıxılmaz vəziyyətə salmış əzəli və əbədi “toyuq birinci yaranıb, yoxsa yumurta” sualına dəqiq cavab veriblər. Tədqiqatların nəticələri göstərib ki, birinci elə toyuğun özü yaranıb.
News24.az xəbər verir ki, Şeffild və Uorik universitetlərinin alimləri güclü kompyuterin köməyi ilə toyuq yumurtasının əmələ gəlməsi prosesini genetik səviyyədə modelləşdiriblər.
Tədqiqat müəllifləri bildirirlər ki, yumurtanın formalaşmasında ovokledinin-17, yaxud OC-17 mühüm rol oynayır. Toyuğun orqanizmində yerləşən bu protein olmadan yumurta əmələ gələ bilməz.
Professor Kolin Frimen deyib: “Həmin protein çoxdan məlumdur. Lakin onun yumurtanın formalaşması ilə bilavasitə bağlı olmasını və bu prosesə nəzarət etməsini yalnız indi müəyyənləşdirmişik”.
Bu protein müxtəlif quşlarda müxtəlif cürdür. Amma hər yerdə eyni funksiyanı yerinə yetirir, yəni yumurtanın formalaşmasına bilavasitə cavab verir.
Belə ki, Toskanadakı (İtaliya) fermaların birində qəribə hadisə baş verib. Tülkünün viran qoyduğu hinin xoruzu toyuqsuz qaldığı üçün cinsini dəyişib, özü yumurtlamağa başlayıb.