-
- 16-08-2019, 01:04
- 3 292
"O yanı qaya, bu yanı qaya, içində sarı maya" YUMURTA möcüzəsi
Ən çox istifadə edilən qidalardan biri olan yumurta dünya mətbəxinin ən məşhur təamlarındandır. Demək olar ki, əksər xörəklərin hazırlanmasında ondan istifadə edirlər.
News24.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, yumurtanın tərkibində 74 faiz su, 12-13 faiz zülal, 11-12 faiz yağ, hətta 1 faiz karbohidrat var. Yumurtanın 100 qramı 150-160 kalori dəyərinə malikdir, bütövlükdə kalorisi isə 40-75 arasındadır. Onun tərkibində A, E və B vitaminin müxtəlif növləri, ferment, doymamış yağlı sirkə toyuq yumurtasını zəngin edən maddələrdəndir. Yumurtanın sarısında cəm olan karotin orqanizm üçün çox faydalıdır. Bütün bunlardan əlavə yumurtanın tərkibində fol turşusu və müxtəlif vitaminlər də var. Qida dəyərinə görə yüksək keyfiyyətli yumurtanın 97-98 faizi orqanizmdə mənimsənilir.
Yumurtanın ağı tam yağsızdır, özündə çox az karbohidrat ehtiva edir, yüksək keyfiyyətli zülal mənbəyidir. Ağında 4,7 qram zülal və 62 qram natrium olan bir ədəd böyük yumurtanın enerji dəyəri cəmi 20 kaloridir. Yumurtanın yalnız ağını yemək orqanizmdə xolesterinin miqdarını azaldır, onun sarısındakı xolesterol isə orqanizmin gündəlik ehtiyacını tam ödəyir. Faydalı qida məhsulunu çəkinmədən gündəlik qida rasionuna daxil etmək olar.