Gözəllik salonlarının iş fəaliyyəti necə tənzimlənir?
    • 29-03-2020, 11:47
    • 700

Gözəllik salonlarının iş fəaliyyəti necə tənzimlənir?

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) gücləndirilmiş xüsusi karantin rejimində paytaxt ərazisində bərbərxana və gözəllik salonlarının iş fəaliyyətinin necə tənzimlənəcəyinə münasibət bildirib.


News24.az-ın xəbərinə görə, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, paytaxt ərazisində gözəllik salonları, bərbərxanalar və xırda həcmli iaşə obyektlərinin fəaliyyətlərinə məhdudiyyət yoxdur:


"Gözəllik salonlar və bərbərxanalarda sanitar epidemoloji normalar var. Orada xüsusi vasitələrdən istifadə olunmaqla xidmət gösrərilir. Onlara riayət olunduqda heç bir təhlükə riski yoxdur. Dezinfeksiya tədbirləri, infeksiyanın qarşının alınması üçün zəruri nədirsə, onu yerlərdə xidmət aparan şəxsləri məlumatlandımaq tərəfimizdən həyata keçirilir. Hər bir sahədə fəaliyyət göstərən polis əməkdaşları həmin yerlərdə şəxslərlə söhbət aparır.


Supermarketlər, ərzaq mağazaları və apteklər rahat, sərbəst fəaliyyətlərini davam etdirir. Yenə də heç bir məhdudiyyət yoxdur. Həmçinin 100 kvadratmetrə qədər olan obyektlərə də məhdudiyyət qoyulmayıb. Əsas burada gündəlik təlabat mallarının qida sektoruna daxil olan mağazalardan, insan sağlamlığı ilə bağlı olan sahələrdən söhbət gedir. Ki, burada məhdudiyyət tədbirləri tətbiq olunmayıb. Bu barədə aydın şəkildə mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırılıb".