Moskvada evdən çıxmaq QADAĞAN EDİLİR
    • 29-03-2020, 21:28
    • 735

Moskvada evdən çıxmaq QADAĞAN EDİLİR

Koronavirusla əlaqədar mart ayının 30-dan etibarən yaşından asılı olmayaraq Moskvanın bütün sakinləri üçün ev izolyasiya rejimi tətbiq ediləcək.

News24.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyaninin məlumat verib. O bildirib ki, evdən çıxmaq yalnız təcili tibbi yardım üçün müraciət edildikdə, həyat və sağlamlığa digər birbaşa təhdidlər halında icazə verilir.

Bundan əlavə, iş yerində görünməsi tələb olunan moskvalılara işə getməyə icazə verilir. Eyni zamanda da ən yaxın işləyən mağazada və ya aptekdə alış-veriş etməyə, ev heyvanlarını yaşayış yerindən yüz metrdən çox olmayan məsafədə gəzməyə, habelə zibilləri atmağa da icazə verilir.

Yaxın günlərdə küçəyə xüsusi vəsiqə ilə çıxmaq mümkün olacaq. Vəsiqələr paytaxt sakinlərinə Moskva hökuməti tərəfindən müəyyən edilmiş qaydada veriləcək: "Növbəti bir həftə ərzində ev rejiminə və vətəndaşların hərəkətinə nəzarət üçün ağıllı sistem istifadəyə veriləcək. Tədricən, ancaq davamlı olaraq bu vəziyyətə nəzarəti gücləndirəcəyik".