Vətəndaşlar evdən çıxmaq üçün SMS xidmətindən gündə bir dəfə İSTİFADƏ EDƏ BİLƏR
    • 6-04-2020, 12:23
    • 1 054

Vətəndaşlar evdən çıxmaq üçün SMS xidmətindən gündə bir dəfə İSTİFADƏ EDƏ BİLƏR

Evdən çıxmaq istəyən vətəndaşlar SMS-lə 8103 qısa nömrəsinə yazaraq icazə əldə etmək xidmətindən gündə bir dəfə istifadə edə bilər. 

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctiamiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O, eyni zamanda qeyd edib ki, icazə SMS-i gəldikdən sonra bunu təxirə salmaq olmaz: "Yəni, icazədən yalnız SMS üçün cavab gəldikdən sonrakı 2 saat ərzində istifadə etmək olar".