AzTV-də "Eyvana çıx" adlı layihə START GÖTÜRÜR
    • 30-03-2020, 12:13
    • 1 287

AzTV-də "Eyvana çıx" adlı layihə START GÖTÜRÜR

Azərbaycan Televiziyası (AzTV) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir layihəyə start verir.

News24.az xəbər verir ki, televiziya vətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalması və bu müddətdə zamanını maraqlı keçirməsi üçün "Eyvana çıx" adlı maraqlı layihəni ekranlara gətirir.

Həftənin 1-3-5-ci günləri günorta saatlarında ulduz müğənnilərin canlı konsert proqramlarını AzTV-nin efirində izləmək mümkün olacaq.

Sevda Bayramova