Bakı, Sumqayıt və Abşeronda yaşayan əlillərə reabilitasiya vasitələri evlərində veriləcək
    • 30-03-2020, 12:33
    • 654

Bakı, Sumqayıt və Abşeronda yaşayan əlillərə reabilitasiya vasitələri evlərində veriləcək

Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək. 

Nazirliyin ictimaiyyətlıə əlaqələr və komunikasiya şöbəsindən News24.az-a verilən məlumata görə, həmin əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi,  qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. )  ilə təmin edilmək üçün 077 489 90 00,  077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq.