Ruhi Əliyevadan 100 ailəyə böyük DƏSTƏK - Daha bir yardım kampaniyası  - FOTOLAR - VİDEO
    • 12-04-2020, 18:03
    • 1 494

Ruhi Əliyevadan 100 ailəyə böyük DƏSTƏK - Daha bir yardım kampaniyası - FOTOLAR - VİDEO

İş xanımı, “Liatris Holdinq”in rəhbəri Ruhi Əliyeva növbəti dəfə xeyirxah təşəbbüslə çıxış edib.

News24.az xəbər verir ki, o, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə aztəminatlı ailələr, tənha yaşlılar, kimsəsizlər üçün növbəti yardım kampaniyası gerçəkləşdirib.

Bu dəfə onun rəhbərlik etdiyi işgüzar qrup xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində daha 100 ailəyə ərzaq sovqatı paylayıb.

Qeyd edək ki, müxtəlif çeşiddə hazırlanan ərzaq qutularına yerləşdirilən məhsuları hər dəfə olduğu kimi, bu dəfə də işgüzar xanım özü seçib. Eyni zamanda onların qablaşdırılıb mənzillərə çatdırılmasında da Ruhi Əliyeva özü şəxsən iştirak edib.

Onu da əlavə edək ki, Ruhi Əliyevanın təşəbbüsü ilə #paylaşmaqgözəldir adı altında həyata keçirilən xeyriyyə aksiyası artıq neçənci dəfədir ki, baş tutur.