Azərbaycanda ötən il əcnəbilər tərəfindən 14 uşaq ÖVLADLIĞA GÖTÜRÜLÜB
    • 31-03-2020, 12:21
    • 914

Azərbaycanda ötən il əcnəbilər tərəfindən 14 uşaq ÖVLADLIĞA GÖTÜRÜLÜB

Ötən il Azərbaycanda övladlığa götürlən uşaqların statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə  345 nəfəri oğlan, 315 nəfəri isə qız olmaqla ümumilikdə 660 uşaq, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb.

Əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalmış, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq 82 təşkil edib.

2019-cu ildə övladlığa götürülmüş uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olub.