-
- 31-03-2020, 15:11
- 2 897
Azərbaycanda COVİD 19-dan ölənlər bu qaydada dəfn ediləcək- AÇIQLAMA
Dünyada koronavirusdan ölənlərin sayı artıq 38 minə çatıb. Virusun nəinki sağlam insandan, hətta meyitdən də keçməsinin mümkün olduğu bildirilir. Bu səbəbdən də bir çox ölkələrdə pandemiyadan ölənləri başqa bir yerdə, xüsusi qayda ilə dəfn edilirlər. Məsələn, koronavirusun daha çox yayıldığı Çində bu xəstəlikdən ölənlərin cəsədlərini yandırıblar.
“Sabah” ın xəbərinə görə, qonşu ölkə Türkiyədə də şübhəli meyitlərin hamısı xüsusi yerdə yuyulur. Və meyitlər morqa aparılmır. Qonşu ölkədə dəfn prossesləri mövcud duruma görə dəyişdirilib. Əgər ölən şəxsin ailə məzarlığı varsa, cəsəd orada basdırılır. Olmayanlarsa “Kilyoz” və “Beykoz” adlı xüsusi yerdə dəfn edilir. Amma burada ölənlər tabutda basdırırlır. Bu ondan ötrü edilir ki, əgər ölən şəxsin yaxınları bir gün nəşin başqa qəbristanlığa aparılmasını tələb etsə, tabutun çıxarılması asan olsun.
Qeyd edək ki, Aərbaycanda koronavirusdan ölüm sayı artıq 5-ə çatıb. Bəs, görəsən, bizdə dəfn prosesləri necə aparılır?
News24.az məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlinin fikirlərini öyrənib.
İlahiyyatçının sözlərinə görə, son günlər bununla bağlı onlara çox sayda suallarla müraciət olunur: “Bizə suallar ünvanlanır ki, koronavirusdan ölən insanın qüsulu necə olacaq. Əgər insan bu virusdan dünyasını dəyişirsə, digərinə yoluxmamaqdan ötrü qüsul etməmək olar. Şəriət də buna icazə verir. Komissiyanın üzvləri bildiribər ki, qüsullanarsa, o virus yayıla bilər, yəni digər insanları da yoluxdura bilər. Bu zaman şəriət buna qarşı çıxmaz. Yəni qüsul müsəlmanın boynundan götürülür”.
S.Məmmədli dəfnlə bağlı bəzi məqamlara da aydınlıq gətirib: “Dəfnin yeri dərin qazılmalıdır, kənar bir yerdə olmalıdır. Xüsusi məhlulla (əhənglə) bərkidilməli, bloklanmalıdır. Burda bir məqamı da qeyd edim ki, bizdə dəyərlərimizə əsaslanarq, cənazə namazını imam rəhmətə gedənin düz böyründə qılır. Amma koronavirusdan rəhmətə gedən adamın cənazə namazı uzaq məsafədən qılınacaq”.
İlahiyyatçı koronavirusdan ölənlərin harda dəfn olunacağına da münasibət bildirib: “Yəqin ki, dövlət rəsmiləri bu məsələni fikirləşiblər. Bu xəstəlikdən dünyasını dəyişənlərin məzarlığı kənar, insanlardan uzaq olan bir yerdə olacaq. Necə ki, xəstəxanalarda bu virusa yoluxanlar izolyasiya olunub, bundan ölənlərin də qəbristanlığı ayrı olacaq. İnşallah ümid edək ki, bu bəla tezliklə yox olacaq, dəfnə də ehtiyac qalmayacaq”.
S.Məmmədli qəbrin başqa yerə köçürülməsi məsələsindən də danışıb: “Türkiyədə ola bilər buna icazə verilsin. Amma bizdə belə bir şey yoxdur. Dini baxımdan da, bu, doğru sayılmır. Dəfn olundu, bununla da bitdi. Qəbri açmaq üçün xüsusi hallar var. Əgər istintaqın qərarı olsa, o zaman açıla bilər. Amma bir məsələni də nəzərə çatdırım. 7-8 ay əvvəl korona virusu yox idi, belə qərarlar da yox idi. İndi bu baş verib, bütün dini alimlər yaranan bu məsələ ilə bağlı bu günə uyğun qərar verirlər. Sabah nə qərar olacaq, deyə bilmərik”.
İlahiyyatçı onu narahat edən bir məqama da toxunub: “Bəzi insanlar var ki, namaz qılanlar tibbi spirtdən haramdı deyib istifadə etmirlər. Bu, yanlış düşüncədir. Əllərin tibbi spirtlə silinməsinin namaza, oruca heç bir aidiyyatı yoxdur”.
Afaq Mirayiq