-
- 6-04-2020, 10:42
- 1 543
Azərbaycanda koronavirusdan ölənlər ailə üzvlərinin iştirakı ilə DƏFN EDİLİR - EKSKLÜZİV
“Azərbaycanda koronavirusdan ölənlər ailə üzvlərinin iştirakı ilə dəfn edilir”.
Bunu News24.az-a açıqlamasında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib. Onun sözlərinə görə, vəfat edən şəxslərin ailə üzvlərindən də COVİD 19 analizi götürülür, onlar da evdə karantinə alınırlar. Dəfn mərasimində məsafə saxlamaqla ölənlə vidalaşma olur. Xüsusi qoruyucu vasitələrlə, dar çərçivədə ailə üzvləri yaxınlarını dəfn edirlər”.
R.Əliyeva koronavirusdan ölənlərin kənar yerdə basdırılması məsələsinə də aydınlıq gətirib:
“Kənar yerdə basdırılmaları ilə bağlı məndə məlumat yoxdur. Dəfnlə bağlı yeni sənəd hazırlanır. Bu gün, ya da sabah açıqlanacaq, bununla bağlı bütün detallar orada öz əksini tapacaq”.
R.Əliyeva bugünədək koronavirusdan vəfat edənlərin hansı bölgədən olması məsələsinin ictimaiyyətə açıqlanmadığını bildirib.
Qeyd edək ki, Azərbaycanda COVİD 19 pandemiyasından ölənlərin sayı 7-yə çatıb.
Afaq Mirayiq