-
- 1-04-2020, 12:42
- 729
Dağlıq Qarabağ seperatçılarının növbəti iflası- Əli Əhmədov
"Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda Dağlıq Qarabağ seperatçı rejimi parlament və prezident “seçkiləri” keçirdilər. Və növbəti dəfə siyasi iflasa uğradılar. Tanınmayan seperatçı rejimin keçirdiyi qondarma “seçkilərin” ən uğursuzu, el arasında deyildiyi kimi, urvatsızı məhz son seçkilər oldu. Səbəblərdən biri ondan ibarətdir ki, heç bir dövlətin tanımadığı sepetatçı rejim tərəfindən təşkil edilən istənilən qondarma “seçki” tanınmır və tanına bilməz. Artıq neçə illərdir biz bunun şahidiyik".
News24.az-ın verdiyi məlumata görə, bu fikirləri Baş Nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
YAP Sədrinin müavinin sözlərinə görə, seperatçı rejimin mart ayının sonunda keçirdiyi qondarma “seçkilərin” urvatsızlığının digər səbəbi isə dünyanın başının koronavirus pandemiyasına qarşı mübarizəyə qarışması ilə əlaqədardır: "Əvvəllər bəzi dövlətlər Dağlıq Qarabağda keçirilən qondarma “seçkilərin” tanımadığını mütləq bəyan edər, neqativ formada olsa da ona münasibət bildirərdi. İndi isə həmin dövlətlər Dağlıq Qarabağ seperatçılarının növbəti “seçkilərinə” belə bir “diqqəti” də ayırmağı özlərinə rəva bilmədilər. Bir sözlə bu “seçkilər” seperatçıların əvvəllər keçirdiyi seçkilərin hamısından daha böyük rüsvayçılıqla başa çatdı.
Heç kimin tanımadığı rejimin, heç kimin görmədiyi, görmək istəmədiyi, duymadığı və duymaq istəmədiyi “seçkiləri”. Çətin ki, belə bir urvatsızlıq sepetarçıların “qüruruna” toxunsun. Çünki erməni millətçiləri və seperatçıları öz çirkin əməllərini həyata keçirməyə həmişə fürsət axtarıblar. Bu işdə onlara tay tapmaq mümkün deyil. Ona görə də dünyanı bürümüş koronavirus pandemiyası kimi fürsəti onlar əldən buraxa bilməzdilər və buraxmadılar. Lakin həmişə olduğu kimi, onların ənənvi xain fürsətçiliyi yenə də özlərinə bumaranqa çevrildi".