İlham Əliyev: “Dağlıq Qarabağdakı “seçkilər” bir daha göstərdi ki...
    • 9-05-2020, 15:21
    • 844

İlham Əliyev: “Dağlıq Qarabağdakı “seçkilər” bir daha göstərdi ki..."

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə əlaqədar onu da qeyd etməliyəm ki, bu yaxında erməni təbliğatına və bütövlükdə bu məsələ ilə əlaqədar Ermənistanın mövqeyinə növbəti böyük zərbə vurulub. Əslində, bu zərbəni onlar özləri özlərinə vurublar. Əlbəttə, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla əlaqələrimiz bu zərbəni gücləndirib. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident seçkiləri” haqqındadır”.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, bu “seçkilər” bir daha göstərdi ki, heç kəs bu qanunsuz hərbi xunta rejimini tanımır: ““Seçkilər”dən sonra aparıcı beynəlxalq təşkilatlar onları tanımadı, bu barədə açıq bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa bəyanatla çıxış etdilər. ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa Parlamenti bəyanatlarla çıxış etdilər. Bütün bu təşkilatlar həmin “seçkiləri” tanımadılar və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, bir daha nümayiş etdirdi, - mən bunu demişəm, bir daha demək istəyirəm, - Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.