Bakının mərkəzində yol qəzası - AVTOMOBİL AŞDI - FOTO
    • 1-04-2020, 22:27
    • 638

Bakının mərkəzində yol qəzası - AVTOMOBİL AŞDI - FOTO

Paytaxtın Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub. Zərbədən "Toyota" markalı avtomobil yolun kənarına aşıb.

Sərnişinlərdən biri hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən avtomobildən çıxarılıb. 
Ona, polislər tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə təxliyə olunub. 
Faktla bağlı araşdırma aparılır. /Report/