"Qoruyucu vasitələrdən istifadə mütləqdir" OPERATİV QƏRARGAH
    • 2-04-2020, 12:32
    • 679

"Qoruyucu vasitələrdən istifadə mütləqdir" OPERATİV QƏRARGAH

"Vətəndaşların qoruyucu vasitələrdən istifadəsi mütləqdir".

News24.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, polislər də bunu vətəndaşlardan tələb edir: "Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir".

Afaq Mirayiq