"Qəti şəkildə evdən çıxmayın" - MƏSƏLƏ SƏRTLƏŞƏCƏK
    • 2-04-2020, 12:41
    • 871

"Qəti şəkildə evdən çıxmayın" - MƏSƏLƏ SƏRTLƏŞƏCƏK

"Qəti şəkildə deyirəm ki, evdən çıxmayın. Bu məsələ bacardığımız qədər sərtləşəcək".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

"Vəziyyət ciddiləşir, xəstəlik qripə oxşasa da, xəstə sayı çoxalarsa, xəstəxanalarda yer çatmayacaq. Heç bir ölkədə bilinmirdi ki, pandemiya baş verəcək, eyni vaxtda bu qədər xəstə olacaq. Qaydaların məqsədi budur ki, insanlar məsələyə çox ciddi yanaşsınlar. Karantin rejimidir, ciddi tələbdir, bunu başa düşmək lazımdır. Biz bu qadağaları qoymaq məcburiyyətindəyik. Düşünürük ki, sabah xəstə artanda, xəstəxanada yer olmayacaq, süni tənəffüs aparatı çatmayacaq. Elə etmək lazımdır ki, xəstəxanalara xəstə tədricən düşsün ki, hamıya kömək edə bilək" deyə, TƏBİB rəsmisi qeyd edib. 

Afaq Mirayiq