-
- 2-04-2020, 12:41
- 798
"Bir-birimizə əl uzatmaq çox görüldü..." - ZÜLFİYYƏ XANBABAYEVA
Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə koronavirusdan yazıb.
News24.az xəbər verir ki, müğənni karantin rejimindən bəhs edərək, insanları evdə qalmağa çağırıb: "Günlərdir düşünürəm: baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən.. .Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə?! Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq. Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən...Hər şeydən düşünək. Tətildən, panikadan, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək. İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil. Dualarımızı əskik etməyək".
Sevda Bayramova