Yerli telekanallar Aşura günü nə yayımlayır?
    • 20-09-2018, 10:37
    • 1 467

Yerli telekanallar Aşura günü nə yayımlayır?

Xəbər verdiyimiz kimi, bu gün bütün İslam aləmində və o cümlədən, Azərbaycanda Aşura  günü qeyd edilir. Hər zaman təbliğat maşını rolunu oynayan telekanallarımız məhz bu gün hansı proqramları təqdim edir?

 News24.az kiçik bir araşdırma apararaq bu günkü yayım axını ilə bağlı məlumatı nəzərinizə çatdırır.

Ölkənin birinci kanalı olan AZTV-də ölkənin inkişafına dair sosial çarx təqdim edilməkdədir.

İctimai telekanalda “Dikdaban" proqramında neftçilərin peşə bayramından bəhs edilir.

Space kanalında "Hər səhər" musiqili əyləncəli proqramın yerinə "Qanlı zəmi"  Azərbaycan filmi göstərilməkdədir.

Lider kanalında "Oyan Azərbaycan" adlı səhər proqramının əvəzinə "Sirli bağ"  filmi yayımlanır.

Xəzər telekanalı "Savaş vadisi" adlı xarici filmlə yayıma çıxıb.

Mədəniyyət kanalında "Mən ki gözəl deyildim" adlı yerli film təqdim olunur.

ATV kanalında Nanə Ağamalıyevanın təqdimatında "Şou ATV" propqramının əvəzinə, "Çağırış" adlı dini film yayımlanır.

  ARB kanalının yayım proqramında heç bir dəyişiklik yoxdur. Elgizin təqdimatındakı qalmaqallı əyləncəli səhər proqramı yayımına davam edir.