"Təsəvvür edin, müharibədir, atəş altında evdən çıxarsınız?"- MAİS AĞAYEV
    • 3-04-2020, 14:01
    • 1 286

"Təsəvvür edin, müharibədir, atəş altında evdən çıxarsınız?"- MAİS AĞAYEV

Bu gün səhər saatlarında  Koroğlu metrosundan "28 may" metrosuna gedən "M3" avtobusunda insanlar çox olduğu ucun butun oturacaqlar doldurulub, hətta ayaq üstə gedənlərə də rast gəlinib. 
14 saylı avtobus marşrutunun dayanacağı isə avtobus gec gəldiyindən adamlarla dolu olub. İnsanlar saatlarla gözləməli olub, bundan da narazılıq ediblər. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. 

News24.az-a açıqlama verən qurum sözçüsü bildirib ki, istər ekspress avtobuslar, istər digər müntəzəm avtobuslar əvvəlki qrafiklə işləmir:
Hazırda bütün dünyada, o cümlədən Bakıda qeyri-standart bir gün yaşanmaqdadır. Heç nə əvvəlki kimi deyil. Ona görə atobuslar əvvəlki qaydada çalışmır. Ayrılan avtobuslar həyatı vacib sayılan işlərdə çalışanların rahat şəkildə getməsini təmin etmək üçün xəttə buraxılıb. Bizim insanlar karantin qaydalarına əməl etmirlər, nəticə etibarilə səhər də, axşam da sıxlıq yaranır. İnsanlara başa salmaq lazımdır ki, evdə qalın. Hər kəs anlamalıdır ki, bu adi gün, adi daşımalar deyil. Heç kəs unutmasın ki, xüsusi karantin rejimində yaşayırıq. Biz avtobusların sayını azaltmamışıq ki, insanlar hara istəyir gedə bilsin. Camaat deyilənləri dinləmir,  lazım oldu- olmadı, hamı evdən çıxır. Təsüvvür edin, müharibədir, açıq atəş altında kim gedib çörək qazanardı, məsələni belə qəbul edin, bu zaman iş dalınca gediləckdimi?! Imkan verin, dövlət işini görsün də...”. 

Ekspress avtobuslar ən geci 10 dəqiqdən bir işləyir. Dayanmadan da işləyirlər” –deyə M.Ağayev əlavə edib. 

Afaq Mirayiq