Bakıda daha bir avtobus özbaşınalığı - SAKİNLƏRDƏN ETİRAZ
    • 21-02-2020, 17:18
    • 700

Bakıda daha bir avtobus özbaşınalığı - SAKİNLƏRDƏN ETİRAZ

Binəqədi Gənclər Şəhərciyinin sakinləri marşrut avtobusu problemi ilə üzləşib.

News24.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, ərazidəki dayanacaqdan yalnız 165 və 216 nömrəli avtobuslar dayanır. Lakin bir neçə gündür ki, 165 saylı avtobuslardan başqa marşrutların orada dayanmasına imkan verilmir. 216 saylı avtobusları şəhərcikdəki sərnişinləri götürməsinə imkan verilmir.

Qeyd edək ki, 165 saylı avtobuslar Gənclər şəhərciyindən Azadlıq prospekti metrosuna, 216 saylı avtobuslar isə Koroğlu metrosu istiqamətində hərəkət edir.