Azərbaycanda dəmir yolu ilə yükdaşımalar fasiləsiz aparılır- ADY
    • 3-04-2020, 16:21
    • 632

Azərbaycanda dəmir yolu ilə yükdaşımalar fasiləsiz aparılır- ADY

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin beynəlxalq və daxili müntəzəm daşımalar təmin edilir.

QSC-dən News24.az-a verilən məlumata görə, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ADY-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Məlumata əsasən, Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarda da gündəlik dezinfeksiya işləri aparılır.