-
- 4-04-2020, 09:07
- 839
Çində koronavirusa yoluxanların 94 faizi SAĞALDI
Çində koronavirusa yoluxanların sayı hər gün azalır.
News24.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, hazırda xəstəxanalarda 1 562 nəfər müalicə olunur. Ölkədə koronavirusa yoluxanların 94%-i sağalıb.
Son məlumatlara əsasən, materik Çində koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 81 639 təşkil edir. Viirusa yoluxmuş 76 751 insan sağalaraq xəstəxanalardan buraxılıb. Bu, ölkə üzrə sağalanların 94%-i deməkdir.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda dünyada koronavirus xəstələrinin ümumi sayı 972 640 nəfərə çatıb, 50 325 nəfər epidemiyanın qurbanı olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.