"Koronalı günlərin öhdəsindən birlikdə gələcəyik"- Tarkandan paylaşım -FOTO
    • 4-04-2020, 12:21
    • 905

"Koronalı günlərin öhdəsindən birlikdə gələcəyik"- Tarkandan paylaşım -FOTO

Türkiyəli populduz Tarkan karantindən paylaşım edib.

News24.az-ın xəbərinə görə, müğənni “Instagram” hesabından yazı paylaşaraq, bu çətin günlərdə hamını səbirli olmağa çağırıb: “Çətin zamanlardır...Bu koronalı günlərin öhdəsindən birlikdə gələcəyik. Bu qəribə zaman da keçib gedəcək. Üfüqdən yenə ümidlər göz vuracaq. Baharlar, yaylar gələcək...Özünüz bilirsiniz, amma mən də demək istəyirəm: Mümkün qədər evdə qalmağa çalışaq, yaxın ünsiyyətdən uzaq duraq, əllərimizi tez-tez yaxşıca yuyaq, lazım gələndə maska taxaq. Hamıya səbr diləyirəm”.