İlyas İsmayılovun oğlunu öldürən keçmiş polis rəisinin - FOTOSU
    • 20-09-2018, 11:56
    • 1 154

İlyas İsmayılovun oğlunu öldürən keçmiş polis rəisinin - FOTOSU

Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Etimad İsmayılovu ofisində başından və ürəyindən güllələyərək qətlə yetirən keçmiş polis rəisi və onu müşayiət edən sürücüsü saxlanılıb.
Keçmiş polis rəisi Gözəl Dəmirov və sürücüsü Beşiktaşda bir məkanda saat 01:00 radələrində yaxalanıb.

Gözəl Dəmirovun Azərbaycanda bir zamanlar rayon polis rəisi vəzifəsində çalışdığı və adı hallanan bir hadisədən sonra Türkiyəyə qaçdığı deyilir.

Gözəl Dəmirov və sürücüsü hal-hazırda təhlükəsizlik əməkdaşları tərəfindən dindirilir.

Keçmiş polis rəisinin iş adamı Etimad İsmayılovu pul üstündə (borc) vurduğu iddiaları araşdırılır.

//Milli.az