200 min şəxsə birdəfəlik ödəniş veriləcək- MƏBLƏĞ AÇIQLANDI
    • 4-04-2020, 21:22
    • 846

200 min şəxsə birdəfəlik ödəniş veriləcək- MƏBLƏĞ AÇIQLANDI

Bu ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək.

News24.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Bu məqsədlə 70 milyon manat ayrılıb.