Təzə Pir məscidində Aşura mərasimi - FOTO/VİDEO
    • 20-09-2018, 13:00
    • 2 255

Təzə Pir məscidində Aşura mərasimi - FOTO/VİDEO

Bu gün Aşura günüdür.

1368 il əvvəl, Hicri-qəməri təqvimlə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn  İraqın Kərbalə çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub. Onları Yezid İbn Müaviyyənin 30 minlik ordusu qətlə yetirib.

Aşura günündə şiə müsəlmanları VII əsrdə Kərbəla düzündəki döyüşdə qətlə yetirilənləri yad edirlər.

Bu gün Təzə Pir məscidində də Aşura  mərasimi keçirilib. Artıq bir neçə ildir ki, zəncir vurmaq, qan tökmək qadağan edilsə də,  Hüseyn aşiqləri sinə döymək hərəkətlərini yerinə yetirirlər.

Hadisə yerində çəkiliş edən müxbirimizin verdiyi məlumata görə, insanların sıxlığı ilə əlaqədar asayişi qorumaq üçün məscidə polis qüvvələri cəlb olunub və ciddi nəzarət həyata keçirilir.

Foto/Video: Nurlan Gülməmmədov