MTRŞ sədri Aparat rəhbərini işdən ÇIXARDI
    • 6-05-2020, 15:16
    • 870

MTRŞ sədri Aparat rəhbərini işdən ÇIXARDI

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov rəhbəri olduğu qurumda islahatlara başlayıb.

News24.az unikal.org-a istinadən xəbər verir ki, İsmət Səttarov Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyevi vəzifəsindən azad edib.

İ.Səttarovun digər əmri ilə MTRŞ-nin Aparat rəhbəri vəzifəsinə, sədrin köməkçisi Fazil Novruzov təyin olunub.