-
- 20-09-2018, 17:05
- 976
“Qorxdum, qaytar desəydi, qaytarardım” — Admistratorun döydüyü yağ oğrusu DANIŞDI – VİDEO
Bakıda oğurluq edən şəxsi mağaza direktoru və satıcılar özləri cəzalandırıblar, amma, bu əməlləri onlara baha başa gəlib.
Bir neçə gün əvvəl Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Dmitri Timurbulatov həmin mağazanın işçiləri tərəfindən döyülüb.
Mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə təpik və yumruqla vuraraq xuliqanlıq ediblər.
Dmitri Timurbulatov – Zərərçəkən şəxs: “Marketə girdim, yağ götürdüm 4 dənə. Çıxdım, geri qaytarmaq istəyirdim, kameraya düşdüm. Administrator çıxdı, gördüm, qorxdum. Dedim tutacaqlar, ya da polisə verəcəklər. Yağı qaytar desəydi qaytarardım, 100 dəfə də çox sağol deyərdim. Qaçdım, iki nəfər çatıb başladılar döyməyə. Sonra apardılar administratorun yanına, o da vurdu məni”.
İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini əvvəlcə satıcılar aşkar ediblər.
Anar İsayev – Saxlanılan şəxs: “Mən ora çatanda gördüm ki, işçilər onun üstündən mağazadan oğurladığı məhsulları götürürlər. Tənbehlədim ki, niyə vurmusan. Dedi – “mənə elə söyüş söydü ki, saxlaya bilmədim özümü”. Təbii ki, düzgün hərəkət deyil, o zaman hissləri cilovlayıb lazımi orqanlara müraciət etmək lazım idi”.
Elşən Məmmədov – Saxlanılan şəxs: “Bir nəfər şübhəli şəxs gördük, dalınca getdik mən, Anar müəllim, bir də Tahir. Yerə yıxılanda qaldırmaq istəyirdik, oğru Tahiri söydü, o da təpik vurdu. Yağları çıxardıq, ayağa qaldırıb marketə apardıq”.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.