Bakıda kişi və qadından ŞOK HƏRƏKƏT – Gizlicə evə girdilər və...
    • 28-06-2019, 15:11
    • 838

Bakıda kişi və qadından ŞOK HƏRƏKƏT – Gizlicə evə girdilər və...

Bakıda evdən külli miqdarda pul qız qızıl oğurlamış şəxslər tutulub.

News24.az-ın məlumatına görə, Səbail rayonu ərazisində Özbəkistan vətəndaşı Razıkova Feruza Xalikovnnın evindən seyf oğurlayan şəxslərin Şıxəliyeva Lalə Eldar qızı və onun tanışı Cəmil Abdullayev olması məlum olub. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib. Onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, qabaqcadan əlbir olan şəxslər tərəfindən oğurluq əməli törətmə maddəsi ilə iş açılıb.

Qeyd edək ki, oğurluq hadisəsi 3 ay əvvəl olub. Hadisə paytaxtın Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi ev 2, mənzil 69 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Özbəkistan vətəndaşı, 1982-ci il təvəllüdlü Razıkova Feruza Xalıkovna polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 12 min manatlıq qızıl əşyalarının, 2500 manat və 900 avro pul olan seyfin oğurlandığını bildirib.