Lerikdə ferma yandı
    • 7-04-2020, 21:27
    • 780

Lerikdə ferma yandı

Lerik rayonunun Piran kəndində ümumi sahəsi 1650 m² olan fermanın içərisində yerə səpilmiş taxta yonqarı 800 m² sahədə və plastik su borusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yüksək temperaturdan fermanın metal konstruksiyalardan ibarət tavanı deformasiyaya uğrayıb.
Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.