Hava yollarından müştərilərə TƏKLİF: “Biletlərinizi bu şəkildə geri ala bilərsiniz...”
    • 8-04-2020, 16:10
    • 741

Hava yollarından müştərilərə TƏKLİF: “Biletlərinizi bu şəkildə geri ala bilərsiniz...”

“Hazırda hava yollarında resylərin ləğv olunması ilə bağlı vətəndaşlar turzim şirkətlərinə müraciət edir. Onlar pullarını geri tələb edirlər. Təəssüflə qeyd etməliyik ki, hal hazırda satışların olmaması şirkətlərin operativ formada  pulların müştərilərə geri gaytarılmasında çətinliklə üzləşdirib”

Bunu News24.az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov bildirib. Onun sözlərinə görə, pandemiya ilə bağlı əksər hava yolları artıq bir müddətdir ki, uçuşları karantin bitənə qədər bir çox ölkələrə ləğv edib: “Bu səbəbdən əvvəlcədən bilet alan vətəndaşlar səfərlərini təxirə salaraq aviabiletlərini gaytarırlar. Adətən bir çox turizm şirkəti belə hallarda aviabiletlərin qaytarılmasında və  pulun geri ödənilməsində  müştəriyə dərhal yardım  göstərirdi və digər satışlarla Hava Yollarıyla növbəti hesabat dövründə əvəzləşirdilər. Təəssüflə qeyd etməliyik ki hal hazırda satışların olmaması şirkətlərin operativ formada  pulların müştərilərə geri gaytarılmasında çətinliklərlə üzləşdirib. Hazırda bir neçə Hava Yolları biletlərin gaytarılmasına icazə verir, lakin pulların gaytarılması 45-60 gün müddətinə qədər gecikə bilər. Hava Yolları puları turizm şirkətlərinə qaytarmalıdır, şirkətlər də müştərilərə qaytarmalıdır”.

G.Qəhrəmanov qeyd edib ki, bu səbəbdən Azərbaycanda bəzi Hava Yolları  alternativ olaraq bir il ərzində bu biletdən istifadə və ya eyni məbləğə uçuş vauçerilərindən istifadə imkanları təklif ediblər: “Amma insanlar tam məlumatlı olmadıqları üçün şübhə ilə yanaşırlar. Bu beynəlxalg praktikada da var, hazırda bir neçə hava yolları tərəfindən də istifadə olunur. Azərbaycanda da təklif edirlir ki, biletlər pulsuz dəyişdirilsin. Məsələn, biletin dəyəri 500 və ya 600 manatdırsa, eyni məbləğdə vauçerlər təklif ediləcək. Onlar da bir il ərzində həmin istiqamətə və ya həmin hava yolları ilə digər istiqamətdə istifadə edə bilərlər”. 

Afaq Mirayiq