Uçuşları AZAL  təxirə salır, Türk Hava Yolları isə BƏRPA EDİR
    • 4-05-2020, 17:08
    • 955

Uçuşları AZAL təxirə salır, Türk Hava Yolları isə BƏRPA EDİR

Koronavirus pandemiyası ilə Azərbaycan ərazisinə hava yolu ilə giriş-çıxışın məhdudlaşdırılması prosesi davam edir. 

News24.az-ın məlumatına görə, hazırda AZAL avişirkətinin rəsmi saytında cari ilin sonuna qədər xarici uçuşlar barədə məlumat yerləşdirilməyib. 

Həmçinin Azərbaycandan Türkiyənin istirahət bölgələrinə turların satışını həyata keçirən şirkət bir neçə gün öncəyə qədər avqust ayı üçün turların satışını həyata keçirsə də, daha sonra həmin tarixə olan uçuşları sistemdən çıxarıb. 

“Türk Hava Yolları” isə may ayının 28-nə qədər Azərbaycan da daxil olmaqla bütün uçuşları dayandırıb. Amma aviaşirkətdən turizm agentliklərinə göndərilən rəsmi məktubda uçuşların 29 may tarixindən bərpa oluncağı bildirilib.

Buna baxmayaraq, “Türk Hava Yolları” uçuşların ilk olaraq hansı istiqamətdə həyata keçiriləcəyi haqdaı məlumat verməyib.