Ölkədə koronavirusla bağlı xüsusi qırmızı zona yoxdur - Qərargah
    • 8-04-2020, 19:01
    • 670

Ölkədə koronavirusla bağlı xüsusi qırmızı zona yoxdur - Qərargah

"Hazırda Azərbaycanda koronavirus xəstəliyi  xəritəsində elə bil region yoxdur ki, biri digərindən üstün olsun".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakıda virusa yoluxanların sayının çox olması burada əhali sayına görədir: "Elə bir region yoxdur ki, oranı epidemiya ocağı adlandıraq. Elə bir fərq yoxdur ki, hansısa rayonu təhlükə mənbəyi görə bilək. Sərhəd keçid məntəqələrində karantin infrastrukturu qurulub. Bizi istəməyən qüvvələr bəlkə hansısa dezinformasiyalar ötürürlər ki, guya hansısa ərazidə virusa yoluxanlar daha çoxdur. Ancaq belə deyil. Dediyim kimi, ölkəmizdə koronavirusla bağlı xüsusi qırmızı zona yoxdur".