Ölkədə komendant saatının tətbiqi... - Operativ Qərargah
    • 15-04-2020, 18:12
    • 717

Ölkədə komendant saatının tətbiqi... - Operativ Qərargah

Ölkədə komendant saatının tətbiq olunması bu gün gündəlikdə yoxdur.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, hazırda həyati vacib strukturlarda çalışanlar var ki, səhər evdən çıxır, işə gedir, qayıdır. Bəziləri  bu icazədən sui-istifadə edir: "Yoluxma sayı aşağı düşsə də, bu, məsələnin həlli demək deyil. Hətta icazəsi olanlar da iş günləri olmadıqda bundan istifadə etməsinlər və evdə qalsınlar".