-
- 8-04-2020, 21:58
- 782
Məhbuslar ödənişsiz psixoloji YARDIM ALACAQLAR
Nazirlər Kabineti “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla həbs edilmiş şəxslər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım alacaqlar.
Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardımın göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”na uyğun həyata keçirilir. /Report/