Milli Məclisin növbəti plenar iclası başladı
    • 9-04-2020, 11:15
    • 970

Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası başlayıb.

İclasın gündəliyinə altı məsələ daxil edilib.

Bunlar Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı, Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi" (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" (ikinci oxunuş) və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələridir (ikinci oxunuş).

Milli Məclisin iclasında 92 deputat iştirak edir. Yaşı 65-i keçmiş deputatlar iclasa qatılmayıb. /APA/