BNA marşrut sahiblərinə TAPŞIRIQ VERDİ
    • 9-04-2020, 16:50
    • 765

BNA marşrut sahiblərinə TAPŞIRIQ VERDİ

Bakıda fəaliyyət göstərən marşrut xətlərində işləyən avtobusların sayı azaldılmayıb.

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, ölkədə xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, marşrut xətlərindəki avtobusların hamısı işləyir:
"Baxmayaraq ki, karantin rejimidir, Bakı Nəqliyyat Agentliyi bütün daşıyıcılara tapşırıq verib. Bilirsiniz ki, ölkədə xüsusi karantin rejimi olduğundan sərnişinlərin sayı 60-70 faiz azalıb və bu da sahibkarlara ziyandır. Buna baxmayaraq, bütün daşıyıcılar xətlərdəki avtobusların hamısını daşımaya cəlb edib. Hazırda hansısa marşrut üzrə avtobusun ləngiməsi karantin şərtləri daxilində tam normaldır". /Trend/