-
- 21-09-2018, 11:20
- 1 571
Rəşidə Behbudova Tünzaləyə görə Mehriban Əliyevaya müraciət etdi
Əməkdar artist Rəşidə Behbudova xərçəngdən əziyyət çəkən aktrisa Tünzalə Əliyeva haqda paylaşım edib.
News24.az xəbər verir ki, müğənni sosial şəbəkə istifadəçilərini aktrisa haqda məlumat yaymamaqda qınayıb.
O, daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb:
“Sevimli aktrisamızın acı göz yaşlarına ağrısız necə baxmaq olar? İnsan kömək istəyir. Onu qəddar xəstəlik yeyib bitirir. O bizə dəfələrlə gülüş və sevinc bəxş edib.
Onun verilişi yayımlananda insanlar televizorların önündən ayrılmırdı. Heç kim bu haqda paylaşım etmədi. Bəlkə mən bilmirəm. Bəlkə dövlət orqanları artıq onun xəstəliyi ilə bağlı hansısa işlər görürlər.
Lakin sosial şəbəkə istifadəçiləri, aktrisanın xəstəliyi ilə paylaşımlar etmədiniz. Onun ailəsi, yoldaşı və övladı var.
Dualar və sözlərlər ona kömək etməyəcək. Mehriban xanım Əliyevadan kömək etməsini xahiş edirəm. O, hər zaman onlarla insanın həyatını xilas edib.
Əziz Mehriban xanım, bizim birinci xanımımız, Birinci vitse-prezidentimiz, xahiş edirəm, Azərbaycan xanımına, anasına həyata dönməyə kömək edin.
Bunu bütün qəlbim və dərin hörmət hissi ilə xahiş edirəm. Əziz Mehriban xanım, bilirəm ki, siz, hər şeyə qadirsiniz”.
Teymur Məmmədov