Gürcüstanda koronavirusa 233 yoluxma halı TƏSDİQLƏNİB
    • 11-04-2020, 11:11
    • 907

Gürcüstanda koronavirusa 233 yoluxma halı TƏSDİQLƏNİB

“Hazırda Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 233 təşkil edir”.

Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
O deyib ki, Ermənistan və Türkiyədə COVID-19 infeksiyasına yoluxan üç Gürcüstan vətəndaşı müalicə üçün vətənə gətirilib.
Qeyd edək ki, qonşu ölkədə virusa yoluxanların 54-ü sağalıb, 3-ü isə ölüb.
Hazırda karantində 4 672, stasionar nəzarətdə isə 373 nəfər saxlanılır. /Report/